Endrikin "Real" klubu ilə müqavilə bağlayacağı tarix açıqlanıb

Braziliyalı hücumçu Endrikin İspaniyanın "Real" klubu ilə peşəkar müqavilə bağlayacağı tarix açıqlanıb.

"Olimpsport" "The Athletic"ə istinadən xəbər verir ki, futbolçu 18 yaşının tamam olduğu gün - iyulun 21-də rəsmi müqaviləyə imza atacaq.

Hücumçu iyulun 26-da rəsmən azarkeşlərə təqdim olunacaq. Bu tədbirlər Madriddə baş tutacaq. Təqdimat mərasiminin "Santyaqo Bernabeu" stadionunda keçirilməsi planlaşdırılır. Endrik daha sonra ABŞ-də Madrid klubunun çempionat öncəsi təlim-məşq toplanışına qatılacaq.

Braziliyalının növbəti mövsümdə 16 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, "Real" klubu Endriki Braziliya təmsilçisi "Palmeyras"dan bonuslar da daxil olmaqla 60 milyon avroya transfer edib.