Azərbaycan güləşçiləri Avropa çempionatının ikinci günündə dörd medal qazanıblar
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Olimpsport" xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi millimiz 4 medal qazanıb.
Əmrah Əmrahov (48 kq) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.
Əli Nəzərov (55 kq) ukraynalı Daniil Suşçenkoya 7:3 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb. Orxan Hacıyev (80 kq) ilk hissədə moldovalı Nikita Apostolla (9:0) dueldən qalib ayrılmaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Mikayıl İsmayılov (110 kq) isə belaruslu Daniil Maslakovu 4:1 hesabıyla məğlub edərək bürünc medala sahib çıxıb.
Beləliklə, yunan-Roma güləşi millimiz qitə birinciliyinə 1 gümüş və 3 bürünc medalla başlayıb.