İvan Zemlyanski Rusiya şahmatının tarixinə düşüb

İvan Zemlyanski 13 yaşında beynəlxalq qrossmeyster normasını yerinə yetirməklə Rusiya şahmatının tarixinə düşüb.

"Olimpsport" Rusiya Şahmat Federasiyasına istinadən xəbər verir ki, o, 14 yaşında qrossmeyster olan Daniil Dubovun rekordunu yeniləyib.

İ.Zemlyanski avqustun 31-də 14 yaşını qeyd edəcək.