Mərakeşli ultramarafonçu Bakıda azərbaycanlı velosipedçilərlə yarışıb

Mərakeşli ultramarafonçu Karim Mosta Bakıda azərbaycanlı velosipedçilərlə yarışıb.

"Olimpsport" xəbər verir ki, ölkəmizdə qonaq olan dünya çempionu media nümayəndələri önünə çıxmamışdan əvvəl yerli idmançılarla Velotrekdə bir neçə dövrə vurub.

Daha sonra o, Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş ilə görüşüb.