"Hələ heç nə bəlli deyil" - Şahin Dniyev

Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ”la evdə 1:1 hesablı heç-heçə edən "Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Olimpsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis oyundan razılıq ifadə edib...
 
- Oyun barədə fikirləriniz necədir?
- Gərgin oyun oldu. "Qarabağ” da qalib gələ bilərdi, biz də. Əsas məqsədimiz "Qarabağ”ın orta xəttini zərərsizləşdirmək idi. Şəhriyarın aəzədələnməsi də oyunumuza təsir etdi. Məhz qolu da mərkəzdəki ehtiyatsızlıqdan buraxdıq. Oyundan öncə də müdafiədə oturmayacağımızı demişdim. Komandamın bu cür oyunu məni sevindirir. Komanda 1:1-dən sonra ruhdan düşmədi, axıra kimi "döyüşdü”. Məncə, 1:1 ədalətli nəticə idi. "Qarabağ”a "Fiorentina”yla oyunda uğurlar arzulayıram.
 
- Komandanın gücünün çatmadığını dediz. Bu nə ilə əlaqədardı...
- Əsas çatışmazlıq fiziki durumla bağlı oldu. Bu gün rəqib başqa komanda olsaydı, fiziki cəhətdən çatdırardıq. Ancaq "Qarabağ” Avropada oynayan komandadı. Buna görə, çətinlik çəkdik.
 
- Qurban Qurbanov ot örtüyündən şikayətləndi. Düşünmürsüz ki, komandanın məğlub olmamasında bu amilin də təsiri oldu?
- Biz də texnikalı futbol oynayırıq. Meydança hər iki komanda üçün eyni idi. Düşünmürəm ki, meydançanın vəziyyəti bərbad idi. Sadəcə, yağışdan sonra bir qədər vəziyyət pisləşib. Hər halda, süni örtükdən yaxşıdı.
 
- Meydançanın, ümumiyyətlə, bazanın vəziyyəti yaxşı deyil. Bu barədə nə deyə bilərsiz?
- Artıq həzz alıram... (gülür)
 
- Şəhriyar Əliyevin vzəiyyəti necədi?
- Onun vəziyyətinə sabah aydınlıq gələcək. Hələ heç nə bəlli deyil. (Sportnet)