“Qəbələ” – “Maynts” görüşü litvalı hakimlərə həvalə olundu

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qəbələ” – “Maynts” oyununun hakimləri açıqlanıb.Olimpsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı litvalı hakimlər briqadasına həvalə edib.
 
Oyunun baş hakimi Gediminas Majeyka olacaq. Ona Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. 4-cü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergey Sliva və Yuri Paskovski olacaq.
 
Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Yevgeni Vesterink gələcək.
 
Qeyd edək ki, "Qəbələ" - "Maynts" qarşılaşması sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.