"Neftçi" yeni transferini sifariş etdi

“Neftçi” cari mövsüm üçün Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə daha bir oyunçunun adını əlavə edib.

Olimpsport.az xəbər verir ki, bu, yarımmüdafiəçi Tərzin Cahangirovdu.

O, “ağ-qaralar”ın heyətində 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, ötən mövsümü “Zirə”nin heyətində keçirən 24 yaşlı futbolçu “Neftçi”yə azad agent kimi keçib.