Əliyar Ağayev yeni təyinat alıb

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb. Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının E qrupunda sentyabrın 29-da "Stadio Olimpiko"da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.