"1951 Fan klubu" 1 yaşında - FOTOLAR

Bütün dünyada olduğu kimi, ölkəmizdə də futbol klublarını dəstəkləyən azarkeşlər  qruplar yaradır, birlikdə daha güclü dəstək verməyə çalışır. Son illərdə Ağdamın "Qarabağ" klubunun göstərdiyi parlaq oyun, qazandığı uğurlar, onların ətrafında yeni yeni azarkeş qruplarının, fan klubların yaranmasına səbəb olur. Bu fan klublardan biri də məhz ötən il yaradılmış "1951 Fan klubu"dur. Olimpsport.az olaraq fan klubun 1 yaşı münasibəti ilə fan klub rəhbəri Ramiz Bayramovla söhbət etdik.

 

"Əslində neçə illərdi bunun üzərində götür-qoy edirdim. Nəticədə keçən ilin bu günü 25 sentiyabrda "1951 Fan klubu"nu yaratdım. Bilirsiz ki, "Qarabağ"ı dəstəkləyən bir neçə azarkeş qrupu var. Hamımız eyni klubu dəstəkləsək də hər azarkeş qrupunun öz ideologiyası, öz strategiyası var. Bizim əsas məqsədimiz mədəni, mehriban, əsl ailə abu-havasında bir qrup yaratmaq idi, çox şükür ki, bunu da bacardıq.

Bir il ərzində çox yadda qalan oyunlar oldu. İstər avrokuboklarda, istərsə də Premyer Liqa və öklə kuboku yarışlarında daima komandamıza dəstək olduq. Bir fan klub rəhbəri olaraq mənim üçün bu bir ilin ən seçilən hadisəsi "Qızıl dubl" oldu. 

Qarşıda "Qarabağ"ı çətin qrup oyunları gözləyir. Rəqiblər nə qədər güclü olsa da biz oz komandamıza sonunadək güvənirik, nə olursa olsun, dəstəyimizi əsirgəməyəcəyik."