"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxıb

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb. Olimpsport.az xəbər verir ki, Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. Qeyd edək ki, sentyabrın 29-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.