İtaliya Albaniya millisinə qalib gəlib

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son görüşü baş tutub.

"Olimpsport" xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matçda B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.

Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə Alessandro Bastoni hesaba tarazlıq gətirib. Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.