Gürcüstan - Çexiya matçının ən yaxşı oyunçusu bəlli olub
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Gürcüstan - Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
"Olimpsport" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı qapıçı Georgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.
Qeyd edək ki, görüş heç-heçə yekunlaşıb - 1:1.