"Borussiya" türkiyəli futbolçu üçün danışıqlara başlayıb
"Borussiya" türkiyəli futbolçu üçün danışıqlara başlayıb
Türkiyə millisinin və "Fənərbağça" klubunun futbolçusu Ferdi Kadıoğlu karyerasını Almaniyada davam etdirə bilər.
"Olimpsport" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, cinah müdafiəçisinin Dortmund "Borussiya"sına keçmək ehtimalı var.
Komandanın baş məşqçisi Nuri Şahin oyunçu ilə şəxsən maraqlanır. Artıq İstanbul klubu ilə danışıqlara da start verilib.
Qeyd edək ki, Ferdi Kadıoğlu ötən mövsüm bütün turnirlərdə 52 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.