Azarkeş "Qəbələ"ni 4000 manat ziyana saldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt”, həmçinin VI turun baş tutan 3 matçı ilə bağlı qərarlar verilib.

 

Qəbələdəki matçda meydançaya azarkeşin daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

 

VI turun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə meydan sahiblərinə xəbərdarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcəkdir.