"Əvvəlcədən belə planlaşdırlımışdı" - "Sumqayıt"ın məşqçisi

"Sumqayıt"ın məşqçisi Seymur Rəhimov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Olimpsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Gərgin oyun oldu. Bu oyunda qələbə həm bizə, həm də rəqibə lazım idi. Hər matça 3 xal üçün çıxırıq.

- Rail Məlikov sağ cinahda sanki özünü narahat hiss edirdi...
- Təcrübəli futbolçudu. Gərgin oyun olduğuna görə bəzi səhvləri oldu.

- Samir Abasov bu gün sizə telefonla göstərişlər verirdi...
- Əvvəlcədən belə planlaşdırlımışdı. (Futbolinfo.az)