"...amma bu, birdə-birə olmur" - Elxan Abdullayev

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Olimpsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Rəqibi təbrik edirəm. Oyundan razı, nəticədən narazı qaldım. Düz istiqamət seçmişik, bu yolla da gedirik. Sadəcə, zaman lazımdı. Futbolda xal qazanmaq lazımdı, amma bu, birdə-birə olmur.

 

- 2 oyundu ki, hesabı qoruya bilmirsiz.

-Çox faktorlar var. Həm fiziki, həm də taktiki cəhətdən. Psixoloji cəhətdən özümüzə gəlmək üçün bizə 1 qələbə lazımdı. Son 20 dəqiqədə yaxşı oynasaq da, alınmadı. Gərək ilk dəqiqələrdən bu cür oynayaq. 

 

-Yeni məşqçi sizin istəyinizlə gəlib? Tərzin Cahangirovdan nə gözləyirsiniz?

-Bəli, mənim istəyimlə gəlib. Təcrübəli çalışdırcıdı. Nə qədər belə kömək olsa, mənim üçün o qədər yaxşıdı. Tərzinə gəlincə, gənc futbolçudu, buna baxmayaraq, dekabra kimi ona özünü göstərmək üçün vaxt vermişik. 

 

-Yeni çalışdırıcı Aleksandr Deriberin bayaq açıqlamasında yeni futbolçuları cəlb edəcəyini bildirdi...

-Gələcəkdə ola bilər bəzi oyunçuları cəlb etdik. Müəyyən mövqelər var ki, gücləndirməliyik.  (Futbolinfo.az)