İngiltərə, Danimarka və Sloveniya 1/8 finala yüksəlib

Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçları başa çatıb.

"Olimpsport" xəbər verir ki, hər iki oyun qolsuz yekunlaşıb.

Beləliklə, İngiltərə qrup birincisi, Danimarka ikinci kimi 1/8 finala vəsiqəni təmin edib. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda çıxış edəcək.

1 İngiltərə 3 1 2 0 2-1 5
2 Danimarka 3 0 3 0 2-2 3
3 Sloveniya 3 0 3 0 2-2 3
4 Serbiya 3 0 2 1 1-2 2