Dünya Seriyası: Quba mərhələsində iştirak edəcək komandalar müəyyənləşib

Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların adları dəqiqləşib.

"Olimpsport" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba mərhələsində 8 komanda mübarizə aparacaq.

Bunlar Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Czechia” (Çexiya) və Azərbaycan klubu “Baku Flames”dir.

Qeyd edək ki, yarış iyulun 20-21-də keçiriləcək.