Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub
Almaniya millisinin üzvü Toni Kroos Avropa çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.
Almaniyalı futbolçu həmçinin AVRO-2016-dakı rekordunu (323) yeniləyib.
Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə Nikola Barella (İtaliya) yer alıb.
İlk "üçlüy"ü 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo qapayıb.