Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək

Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda üz-üzə gələcək Çexiya və Türkiyə milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) iki dəfə qarşılaşıblar.

"Olimpsport" xəbər verir ki, əvvəlki iki görüş qitəmiqyaslı yarışlara təsadüf edib.

"Ay-ulduzlular" AVRO-2008-də 3:2, AVRO-2016-da 2:0 hesablı qələbəyə sevinib.

F qrupunun digər görüşündə Portuqaliya Gürcüstanı sınağa çəkəcək. Tərəflər böyük turnirlərdə ilk dəfə rəqib olacaqlar.

E qrupunda yer alan Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə ilk dəfə Avropa və dünya çempionatlarında münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, E qrupunun matçları Bakı vaxtı ilə saat 20:00-da, F qrupunun oyunları isə 23:00-da başlayacaq.