“Yuventus” yeni formasını təqdim etdi
“Yuventus” rəsmi saytı vasitəsi ilə yeni mövsüm üçün ev oyunlarında geyəcəyi formanı təqdim edib.
Olimpsport.az saytının məlumatına görə, futbolkalarda ənənəvi ağ-qara zolaqlar daha enlidir. Şort və getrilər isə qara rəngdədir.
Qeyd edək ki, cari mövsümün sonunda “Nike” ilə əməkdaşlığı dayandıran Turin klubu “Adidas”la anlaşıb. Bu əməkdaşlıqdan “Qoca Sinyora” 140 milyon avro gəlir əldə edəcək. Mövsümün son turunda “Sampdoriya” ilə görüşə “Yuventus” yeni forma ilə çıxacaq.