"Neftçi" qələbə qazandı, AZAL üstünlüyünü qoruya bilmədi
Topaz Premyer Liqasında VI turun daha iki qarşılaşması keçirilib. Olimpsport.az saytının məlumatına görə, ikinci oyun günündə turnir cədvəlində liderlərdən uzaq düşən komandalar meydana çıxıblar.
Çempionatın autsayderi AZAL “Sumqayıt”la səfər oyununda qələbəsizliyə son qoymağa çalışıb. “Təyyarəçilər” ardıcıl 5 oyunluq məğlubiyyət seriyasını dayandıra bilsə də, 10 oyunluq qələbəsizlik seriyasına son qoya bilməyib. Tərlan Əhmədovun komandası hesabda irəli keçməsinə baxmayaraq, üstünülüyünü sona qədər qoruya bilməyib və görüşdən 1 xalla ayrılıb.
Günün ikinci oyununda isə hazırda yaxşı günlərini yaşamayan “ağ-qaralar” çempionata o qədər uğurlu start verə bilməyən “Kəpəz”i qəbul ediblər. Ölkənin iki ən köklü klubunun qarşılaşması hər iki tərəf üçün uğrusuzluğa son qoymaq baxımından önəmli olsa da, bunu meydan sahibləri bacarıblar.
"Neftçi" 14-cü dəqiqədə hesabı açıb. Braziliyalı Denilson fərqlənib. Oyunda bir də 90+2-ci dəqiqədə qol vurulub. Hücumlara başı qarışan "Kəpəz"i Katalin Tira cəzalandırıb.
Bununla da “Neftçi” 5 oyunluq ardıcıl məğlubiyyətlər rekorduna yekun qoyub.
Topaz Premyer Liqası
VII tur
01 oktyabr (şənbə)
“Neftçi” – “Kəpəz” - 2:0
Qollar: Denilson Fereyra, 14, Tira, 90+2
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Əlincə Arena”
“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 10. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev, 7. Araz Abdullayev (k), 4. Rahil Məmmədov, 80. Edson Kastilya, 30. Dario Melnyak, 9. Katalin Tira, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 17. Rəhman Hacıyev, 95. Elvin Bədəlov, 6. Vançe Şikov
Baş məşqçi: Elxan Abdullayev
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 10. Dario Federiko, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev
“Sumqayıt” – AZAL - 1:1
Qollar: Mirabdulla Abbasov, 83 - İlqar Ələkbərov, 9
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh
Baş məşqçi: Samir Abasov
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 77. Adan Koronado, 21. David Canelidze
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 19. Elnur Süleymanov, 95. Şirməmməd Məmmədov, 15. Brayn Fok, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur
Baş məşqçi: Tərlan Əhmədov
Turnir cədvəli
1 |
Qəbələ |
6 |
5 |
1 |
0 |
17-0 |
16 |
2 |
İnter |
7 |
4 |
3 |
0 |
12-7 |
15 |
3 |
Qarabağ |
6 |
4 |
1 |
1 |
15-3 |
13 |
4 |
Sumqayıt |
7 |
2 |
2 |
3 |
6-9 |
8 |
5 |
Kəpəz |
7 |
1 |
4 |
2 |
6-8 |
7 |
6 |
Zirə |
7 |
2 |
1 |
4 |
5-9 |
7 |
7 |
Neftçi |
7 |
2 |
0 |
5 |
6-16 |
6 |
8 |
AZAL |
7 |
0 |
2 |
5 |
3-18 |
2 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.