Azərbaycan milli komandasının Norveç və Çexiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki qarşıdakı görüşlərə 23 oyunçu çağırıb.
ADI, SOYADI | KLUB |
Kamran Ağayev | Boavişta (Portuqaliya) |
Anar Nəzirov | Zirə FK |
Səlahət Ağayev | İnter |
Tərlan Quliyev | İnter |
Maksim Medvedev | Qarabağ |
Bədavi Hüseynov | Qarabağ |
Rəşad Sadıqov | Qarabağ |
Pavel Paşayev | Stal (Ukrayna) |
Məhəmməd Mirzəbəyov | Qəbələ |
Arif Daşdəmirov | Qarabağ |
Ruslan Abışov | İnter |
Rahid Əmirquliyev | Qarabağ |
Qara Qarayev | Qarabağ |
Dmitri Nazarov | Ertsgebirge Aue (Almaniya) |
Rəhman Hacıyev | Neftçi |
Araz Abdullayev | Neftçi |
Eddi İsrafilov | Kadis (İspaniya) |
Emin Mahmudov | Boavişta (Portuqaliya) |
Ağabala Ramazanov | İnter |
Ruslan Qurbanov | Qəbələ |
Namiq Ələsgərov | Qarabağ |
Ramil Şeydayev | Trabzonspor(Türkiyə) |
Rauf Əliyev | İnter |
Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq. Çexiya ilə səfər matçı isə bundan 3 gün sonra Ostrava şəhərindəki "Vitkovitse Arena"da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.