"Neftçi" "Sumqayıt"la qüvvəsini sınayacaq

Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar olaraq "Sumqayıt" və "Neftçi" klubları  yoxlama oyunu keçirəcək. 

Olimpsport.az xəbər verir ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma oktyabrın 8-də, saat 16:00-da başlayacaq. 

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup oyunları səbəbindən Premyer Liqada fasilə yaranıb. 

Çempionatın VIII turuna oktyabrın 15-də start veriləcək.