"İnter" yenə "Zirə" ilə qarşılaşacaq

"İnter" futbol klubu Azərbaycan milli komandasının DÇ-2018-in seçmə oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə müddətində növbəti tura hazırlıqlarını İnter Arenada keçirəcək.

Olimpsport.az xəbər verir ki, hazırlıq çərçivəsində "bankirlər"  "Zirə" ilə yoxlama matçı da keçirməyi planlaşdırır. Oyun oktyabrın 8-də İnter Arenada baş tutacaq.