Azərbaycan - Norveç matçı İsraildən olan hakimlərə tapşırıldı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Norveç oyununun hakimləri açıqlanıb. Olimpsport.az xəbər verir ki, Bakı Olimpiya stadionunda baş tutacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Liran Liani olacaq. Ona David Elyas Bitton, Nissan Davidi kömək edəcək.

 

Dördüncü hakim funksiyasını isə Eytan Şmuelevitz yerinə yetirəcək.

 

Onların işinə isə Lüksemburq federasiyasından Çarles Şaak qiymət verəcək.

 

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-i, saat 20:00-da başlayacaq.