Şərqi Avropada bütün dövrlərin ən yaxşı futbolçularının siyahısı açıqlanıb

Şərqi Avropada bütün dövrlərin ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

"Olimpsport" “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, ilk pillədə macarıstanlı Ferents Puşkaş qərarlaşıb.

Rusiyanın "Dinamo" klubunun və SSRİ yığmasının keçmiş qapıçısı Lev Yaşin ikinci yerə layiq görülüb. İlk "3-lüy"ü digər macarıstanlı futbolçu Şandor Koçiş qapayıb.

Hazırda "Barselona"nın formasını geyinən polşalı hücumçu Robert Levandovski dördüncü yeri tutub.