Emil Balayev "Qarabağ"a keçidi barədə danışıb

“İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacam ki, bu etimadı doğruldum”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Emil Balayev deyib.

 

Almaniyanın “Ayntraxt” klubundan ayrıldıqdan sonra bir müddət klubsuz qalan, daha sonra isə ağdamlıların heyətində məşq edən millimizin keçmiş qapıçısı bu klubla bir illik anlaşma imzalayıb.

 

Ağdamlıların rəsmi saytına qısa açıqlama verən Balayev keçidi haqqında fikirlərini bölüşüb: “Qarabağ”a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli kollektivlə məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim”(Apasport)