"Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

"Olimpsport" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün baş hakimi İştvan Vad (Macarıstan) olacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Linkoln" - "Qarabağ"

Baş hakim: İştvan Vad (Macarıstan).

Cəbəllütariq, “Europa Point Stadium”.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.