İlkay Gündoğan "Barselona"nı tərk etməyəcək

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi İlkay Gündoğan bu yay komandanı tərk etməyəcək.

"Olimpsport" "Sport.es"ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu müqavilə müddəti bitənə qədər Kataloniya klubunda yeni baş məşqçi Hans Flikin rəhbərliyi altında oynamaq niyyətindədir.

Qeyd edək ki, İ.Gündoğan Qətərin "Əl-Sədd" klubundan 3 illik müqavilə təklifi alıb. Onun "Barselona" ilə anlaşmasının müddəti 2025-ci ilə qədərdir.