UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib

Futzal üzrə FIFA referisi Elçin Səmədli beynəlxalq təyinat alıb. Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qrupda Belarusun "Lidselmaş", Yunanıstanın "Afina-90", Serbiyanın "Ekonomak" və Xorvatiyanın "Nasional" komandası mübarizə aparacaq. Oyunlar oktyabrın 12-15-də Serbiyada keçiriləcək.