““Qarabağ bizdən güclüdür” - Roman Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

- Azərbaycan Premyer Liqasında işləriniz necədir?

- "Qarabağ" ölkə çempionudur və fikrimcə, Ukrayna çempionatının ilk 3 pilləsində mütləq olardı. Buna heç bir şübhəm yoxdur. Təbii ki, "Qəbələ" də zəif deyil!

- Komandanızın büdcəsi nə qədərdir?

- Bizim büdcəmiz "Şaxtyor" və "Dinamo" Kiyev klublarından çox uzaqdadır. Bu barədə nəsə deməyim düzgün olmaz, danışmayacam. “Çernomorets”dəki şərait “Qəbələ”dəkindən 3 dəfə yaxşı idi. “Qəbələ”də oynayan ukraynalılar “Çernomorets”də qazandıqlarından çox az maaş alırlar.

- “Qəbələ”yə niyə getdiz?

- Avrokuboklarda oynayacağımıza inanırdım. Bu mənim üçün ilk növbədə dayanırdı. Başa düşrdüm ki, “Çernomorets”də bunu etmək çətin olacaq. Həmin vaxt orda vəziyyət pis idi. Əgər komanda avrokuboklarda oynamırsa, bu, keyfiyyətsiz futbol həyatıdır.

- Avrokuboklarda çıxış edəcəyinizə əmin idiniz?

- Bunu bacaracağımıza inanırdım. Daha əvəl nail olmuşdum.

- İşinizdən razısız?

- “Qəbələ”də işləmək mənim üçün çox maraqlıdır. Avropa Liqasında və Premyer Liqada mübarizə aparırıq. Həqiqəti deməli və etiraf etməliyəm ki, “Qarabağ” bizdən güclü komandadır. Bütün rəqiblərimizə hörmət edirik. Fikrimcə, bu il biz daha güclüyük. Güclü olduğumuzu sübut edəcəyik.

- “Qəbələ”də ömürboyu işləmək istərdinizmi?

- Belə şeyləri heç kim deyə bilməz. Digər tərəfdən, top-klubları çalışdırmaq istəmirəm. “Qəbələ” yaxşı klubdur. Məndən çox şey asılıdır, amma hər şey yox. Müqaviləm mövsümün sonuna qədərdir.