Yığmamız Çexiyada dəstəksiz qalmadı: Azərbaycanım mənim, ümidimsən mənim - FOTO

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşacaq milli komandamız oyunöncəsi son məşqinə çıxıb. Olimpsport.az xəbər verir ki, matçın oynanılacağı Ostrava şəhərində hazırlıq prosesini iki azərbaycanlı azarkeş izləyib.

 

Əllərində Azərbaycan bayrağı ilə dayanmadan oyunçuları ruhlandıran fanatlar şüarlar da səsləndiriblər.

 

Xüsusilə fəallığı ilə seçilən gənclərdən biri “Sabah 3 xal gətir, Azərbaycanım mənim, ümidimsən mənim” və “Milli irəli, Azərbaycan əsgəri” şüarlarını yüksək səslə oxuyaraq, futbolçularımıza dəstək verir.

 

Qeyd edək ki, Çexiya – Azərbaycan matçı sabah Ostrava şəhərinin “Vitkovitse” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. (Apasport)