“Qaradağ Lökbatan” klubunda yeni baş məşqçi

I divizionda mübarizə aparan “Qaradağ Lökbatan” klubunda baş məşqçi təyinatı reallaşıb. Olimpsport.az xəbər verir ki, rəhbərlik postundan istefa verən Əfqan Talıbovu Azər Bağırovla əvəzləyib.

 

Qeyd edək ki, Pro kateqoriyalı məşqçisi olan Bağırov bunadək "Neftçi" İSM-də Futbol Akademiyasının koordinatoru kimi fəaliyyət göstərirdi.O, daha öncə "Qəbələ" və "Neftçi"nin müxtəlif yaş qrupları üzrə komandalarının baş məşqçisi vəzifəsində çalışıb. (Fanat.Az)