Millimiz Çexiyaya qarşı Rəşad Sadıqovsuz oynayacaq

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olacaq millimizin start heyətində dəyişiklik olacaq. Olimpsport.az xəbər verir ki, yığmamız bu oyuna Rəşad Sadıqovsuz çıxacaq.
 
Bugünkü oyunda kapitanı Bədavi Hüseynov əvəz edəcək. Əvvəldən də zədəsi olan müdafiəçinin adını baş məşqçi Robert Prosineçki dünən oyunöncəsi mətbuat konfransında “11-liy”ə saldığını desə də, zədə səbəbindən kənarda qala biləcəyini də istisna etməmişdi.(futbolinfo)