İcra başçısının müavini klub rəsmisi oldu

"Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Olimpsport.az xəbər verir ki, Müşahidə Şurasına Elgin Həbibullayevin əvəzinə klubun təsisçiləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov dəvət olunub.

İclasda həmçinin, əsas komandanın Premyer Liqanın 2016/2017 mövsümünün ilk dövrəsindəki nəticələri, klubun indiki durumu və gələcək planları müzakirə olunub. (Qafqazinfo)

İcra başçısının müavini klub rəsmisi oldu