İntizam komitəsi futbolçunu 4 oyunluq cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsin iclası keçirilib.

Olimpsport.az
xəbər verir ki, iclasda I Divizionun VI turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub və aşağıdakı qərarlar qəbul olundu. 
 
"Turan-Tovuz” – "Səbail” matçında "Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
"Şəmkir” – "Bakılı” matçının 89-cu dəqiqəsində "Bakılı” klubunun 17 №-li futbolçusu Vüsal Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

"Şərurspor” – "Göyəzən” matçının 25-ci dəqiqəsində "Göyəzən” klubunun  9 №-li futbolçusu Asim Babazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).

"Şahdağ” – "Qaradağ Lökbatan” matçında Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).