Çexiya - Azərbaycan matçına doğru

Futbol üzrə milli komandamız bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3-cü oyununa çıxacaq. Olimpsport.az xəbər verir ki, yığmamız səfərdə Çexiya ilə qarşılaşacaq.

 

Qrupdakı ilk 2 matçında qalib gələn millimiz üçün Çexiya səfərindən 1 xalla qayıtmaq  belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunacaq. Potensial qələbə isə millimizin hazırda Almaniya ilə şərikli liderliyinin davam etdirməsi anlamına gəlir.

 

 

Qeyd edək ki, Ostravanın “Vitkovitse” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

 

 

22:45. Çexiya – Azərbaycan

 

Baş hakim: Matey Yuq
Köməkçi hakimlər: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Vitkovitse” stadionu

 

 

1.

Almaniya

2

2

0

0

6:0

6

2.

Azərbaycan

2

2

0

0

2:0

6

3.

Şimali İrlandiya

2

1

1

0

4:0

4

4.

Çexiya

2

0

1

1

0:3

1

5.

Norveç

2

0

0

2

0:4

0

6.

San Marino

2

0

0

2

0:5

0