Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2016/2017 mövsümünə start veriləcək. Olimpsport.az xəbər verir ki, ilk olaraq 4 komanda ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Azərbaycan I Divizionunda çıxış edən "Turan Tovuz" klubu "Bakılı"nı qəbul edəcək. "Şəmkir" isə "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. Tovuzda keçiriləcək görüşün qalibi 1/8 finalda evdə "Zirə" ilə, Şəmkir duelinin güclüsü isə səfərdə "İnter"lə qarşılaşacaq. Reqlamentə əsasən, ilkin təsnifat və 1/8 final mərhələləri bir oyundan ibarət olacaq.
Azərbaycan Kuboku, 1/16 final
12 oktyabr
14:00. "Turan Tovuz" - "Bakılı"
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Namiq Qasımov
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu
14:00. "Şəmkir" – "Qaradağ Lökbatan"
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Rüfət Əliyev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 2-3 dekabrda olacaq.