Milli komandamızın uğuru Türkiyə mətbuatının da gündəmindədir

Ötən gün futbol üzrə milli komandamız  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3-cü oyununa çıxıb. Olimpsport.az xəbər verir ki, yığmamız Çexiya səfərindən 1 xalla dönüb. 

Seçmə mərhələ çərçivəsində 2 qələbə qazanan və 1 heç-heçə edən millimizin uğuru qardaş ölkə mətbuatının da gündəmindədir. Olimpsport.az-ın Türkiyə təmsilçisi Ahmet Tüzün  millimizin uğurları barədə fikirlərini bildirib.


"Türkiyə futbolda böyük imkanlar içində olduğu halda böyük xaos yaşarkən, qardaş Azərbaycan, səssiz sədasız bir şəkildə futbol devrimini tamamlayır. Azərbaycan idmanın bir çox sahələrində olduğu kimi, futbolda da inamla addımlayır. Azərbaycan milli futbol komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində  üçüncü matçında səfərdə Çexiya ilə heç-heçə etdi  və qrupda Almaniyadan sonra ikinci sırada möhkəmləndi. Daha öncəki matçlarda səfərdə San-Marinonu, Bakıda Norveçi  1-0 məğlub edən, qardaş Azərbaycana Dünya kuboku yolunda uğurlar arzulayırıq".

 

 

http://www.fotomac.com.tr/digermillitakimlar/2016/10/12/azerbaycan-dunya-kupasina-yuruyor

 

http://www.milliyet.com.tr/azerbaycan-norvec-1-0---2323866-skorerhaber/

 

http://spor.haber7.com/futbol/haber/2161062-azerbaycan-2de-2-yapti