Azərbaycan millisi: MDB-nin ən yaxşısı!

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında postsovet məkanının ən yaxşısıdı. Olimpsport.az xəbər verir ki, Robert Prosineçkinin yetirmələri Rusiyada təşkil olunacaq mundiala UEFA zonasında yüksəlmək arzusunda olan MDB və Baltikyanı ölkələrin 10 yığması arasında ən yaxşı göstəriciyə malikdi.

 

İlk 3 turda San-Marino və Norveçi 1:0 hesabı ilə yenib, Çexiya ilə qolsuz heç-heçə edən komandamız 7 xalla Ukrayna kimi iddialı yığmanı da arxada qoyur. Andrey Şevçenkonun komandası Litva kimi 5 xala malikdi. Bu iki yığma da millimiz kimi hələ uduzmayıb.

 

Prosineçkinin yetirmələri postsovet məkanı təmsilçiləri arasında qol buraxmayan yeganə komanda olması ilə də fərqlənir. Digər komandalardan yalnız Litva bizimkilər kimi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Avropa zonasında çıxış edən 10 postsovet məkanı komandası arasında ən bərbad nəticə Ermənistanla Moldovaya məxsusdu. Bu yığmalar hələ xala həsrətdi. (Apasport)

 

yer

yığma

O

Q

H

M

TOP

X

II

Azərbaycan

3

2

1

0

2-0

7

III

Ukrayna

3

1

2

0

6-3

5

II

Litva

3

1

2

0

5-3

5

İV

Estoniya

3

1

0

2

4-7

3

V

Latviya

3

1

0

2

1-4

3

V

Belarus

3

0

2

1

2-5

2

V

Qazaxıstan

3

0

2

1

2-7

2

V

Gürcüstan

3

0

1

2

2-4

1

VI

Ermənistan

3

0

0

3

1-8

0

VI

Moldova

3

0

0

3

1-10

0