"Qəbələ"dən Cavid Hüseynov açıqlaması

"Qəbələ" klubunun və millimizin futbolçusu Cavid Hüseynov azadlığa buraxılıb.

Olimpsport.az xəbər verir ki, “Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Modern.az-a açıqlamasında futbolçunun azadlığıa çıxması barədə fikirlərini bildirib:

“Hazırda bizim klub olaraq bütün diqqətimiz "İnter"lə oyuna yönəlib. Cavidin yenidən kluba qayıdıb-qayıtmayacağı barədə məlumatım yoxdur. Onun kluba qaytarılması səlahiyyət sahiblərinin ixtiyarında olan məsələdir”.

A.Hacıyev bildirib ki, futbolçunun yenidən kluba qaytarılması ilə bağlı müzakirə aparılmayıb: “Əvvəldən də onun azadlığa çıxacağı təqdirdə kluba qaytarılması barədə müzakirələr aparılmayıb”.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı təqsirləndirilən sabiq kapitan Cavid Hüseynov bu gün azadlığa çıxıb. C.Hüseynov hadisələrdən sonra klubdan uzaqlaşdırılmışdı.