Millimizin üzvü Türkiyədə məşqlərə başlayıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev klubunda məşqlərə başlayıb.

Olimpsport.az "Report"a istinadən xəbər verir ki, gənc hücumçu "Trabzonspor"un heyətində Türkiyə Super Liqasının VI turunda "Akhisar"la keçiriləcək oyuna hazırlaşır.

20 yaşlı futbolçu millinin düşərgəsindən zədəsiz qayıdıb.

Sabah Trabzonda baş tutacaq görüşdə Şeydayevin heyətdə yer alacağı gözlənilir. Buna səbəb komandanın hücumçuları Suk və Muhammet Demirin ötən oyunlarda fərqlənə bilməməsidir.

Qeyd edək ki, "Trabzonspor" - "Akhisar" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq