"Qar yağmışdı?" - Svanadze

“Oyundan razı qaldım. Komandam yaxşı mübarizə apardı”. Olimpsport.az xəbər verir ki, bunu “İnter” in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının VIII turunda lider “Qəbələ”ni qəbul edən “bankirlər” rəqiblə xalları yarı bölüb – 1:1.

 

Matçdan sonrakı mətbuat konfransında gürcüstanlı mütəxəssis çətin oyun keçirdiklərini söyləyib: “Qarşıya qoyulmuş tapşırıqlar yerinə yetirildi. Qol vəziyyətləri yarada bildik. Təəssüf ki, sona yaxın diqqətsizlikdən qol buraxdıq. Eybi yoxdu, bu çatışmazlıqları növbəti görüşlərdə düzəldərik”.

 

- Roman Qriqorçuk meydanın ot örtüyündən narazılıq etdi. Sizin fikriniz necədi?

- Yəni nə var idi, qar yağmışdı? Ola bilər ki, qazonun durumunda mövsümün əvvəlki ilə müqayisədə fərq var. Rəhbərliyin ot örtüyünü dəyişmək fikri var.

 

- Nizami Hacıyev əvəzlənərkən etiraz etdi...

- Etiraz etmədi. Sadəcə, bir neçə epizodla bağlı fikir mübadiləsi apardıq.