"Liderlə qarşılaşmada 1 xal qazanmaq da pis nəticə deyil” - Xizanişvili

"Oyun çox çətin alındı. Təbii ki, "Qəbələ” hazırda turnir cədvəlində liderdi. Təəssüf edirəm ki, vurduğumuz qoldan sonra öz qapımızda da qol gördük. Mənim fikrimcə, liderlə qarşılaşmada 1 xal qazanmaq da pis nəticə deyil”.

 

Olimpsport.az xəbər verir ki, bu sözləri Bakının "İnter” klubunun müdafiəçisi Zurab Xizanişvili deyib.  "İnter” Azərbaycan Premyer Liqasının VIII turunda öz meydanında "Qəbələ” ilə heç-heçə edib – 1:1. 
 
Oyudan sonra açıqlama verən gürcüstanlı müdafiəçi "Qəbələ”yə qarşı oynamağın çətin olduğunu deyib: "Yəqin ki, "Qəbələ”nin son nəticələrindən xəbərdarsınız. Onlar geridə qalan 7 turda qapılarında qol görməyiblər. Təbii ki, belə güclü komandaya qarşı oynamaq bizim üçün çətindi. Biz qol vurduq. Bu, bizim üçün pis nəticə sayılmamalıdı”. 
 
"İnter” bu mövsüm üçün "Qəbələ”dən xal alan və "qırmızı-qaralar"ın qapısına qol vuran yeganə omandadı. Zurab bu barədə danışarkən fikirlərini belə izah edib: "Qəbələ” çox yaxşı müdafiə olunur. Buna baxmayaraq, biz qol vurmağı bacardıq. Məncə, bu günkü nəticə hər iki komanda üçün optimal nəticədi”.(Sportal.az)