"Qarabağ" - PAOK oyununu israilli hakimlər briqadası idarə edəcək

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.

Olimpsport.az xəbər verir ki, 20 oktyabr saat 21:00-da başlayacaq qarşılaşmanı israilli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alon Yefet olacaq. Ona yan xəttlərdə Danni Krasikov və Nissan Davidy köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Kiril Balikin yerinə yetirəcək. Roy Reynşreyber və Ziv Adler isə əlavə köməkçi hakimlərdir. Hakimlərin işinə isə ukraynalı İqor İsçenko qiymət verəcək. Qarşılaşmanın UEFA nümayəndəsi isə belçikalı Rudolf Mannerts olacaq.