“Sumqayıt” “Qarabağ”a təzminat ödəyəcək

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedici heyətlərin çempionatında VIII turda qeydə alınmış neqativ hallar da hüquqi qiymətini tapıb. Olimpsport.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub

 

Oyun bitdikdən sonra “Sumqayıt”ın futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunub. Dəymiş zərərə uyğun olaraq, stadion rəhbərliyinin təqdim edəcəyi məbləğin “Sumqayıt” klubu tərəfindən ödənilməsinə qərar verilib.

 

Bundan əlavə, “İnter”lə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” 400 manat məbləğində cərimə edilib. “Zirə” – “Neftçi” matçında isə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Vüsal Hüseynov 1 oyunluq cəzalanmaqla yanaşı, klubunu 100 manat ziyana salıb.