UEFA "Qarabağ" və "Qəbələ"ni mükafatlandırdı

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak etdiyi üçün "Qəbələ" və "Qarabağ"a pul mükafatı verib. Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər kluba verilən mükafatın dəyəri 2,6 milyon avrodu.
 
UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən, müvafiq olaraq,  "Qarabağ” və "Qəbələ” klubunun hesabına köçürülüb.
 
Qeyd edək ki, 2,6 milyon avro 4,573920 manata bərabərdi.