AFFA bilet satışından 42 min manat qazandı

AFFA Azərbaycan – Norveç oyunundan qazandığı məbləği açıqlayıb. Olimpsport.az qurumun rəsmisaytına istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçirilən matçın bilet satışından 42 min 584 AZN  (ƏDV daxil) əldə edilib.
 
Bu oyun Bakı Olimpiya Stadionunda baş tutub.
 
Qeyd edək ki, yığmamız Norveçlə oyunda 1:0 hesabı ilə qalib gəlib.