“PAOK-a qol vurmağa çalışacam” – Dino Ndlovu

"Avropa Liqasındakı son oyunumuzda ağır məğlubiyyətlə üzləşdik. Belə oyunlar çox gec unudulur. Ancaq unutmamalıyıq ki, rəqib qolları biz azlıqda qaldıqdan sonra vurdu”.  Olimpsport.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.
 
Yunanıstan mətbuatına açıqlama verən forvard PAOK-a qarşı keçiriləcək oyun haqda danışıb: "Nikbin olmaq lazımdı. Məqsədimiz irəli baxmaqdı. Biz bütün diqqətimizi PAOK-la oyuna yönəltmişik. Ümid edirəm ki, qələbə qazanacağıq”.
 
Ndlovu PAOK-a qol vurmaq üçün əlindən gələni edəcəyini deyib: "Mənim işim qol vurmaqdı. Hər oyunda olduğu kimi, PAOK-la oyunda da qol vurmağa çalışacam. Ancaq ən vacib olan mənim qolum yox, komandanın qələbə qazanmasıdı”.
 
Qeyd edək ki, "Qarabağ” – PAOK oyunu oktyabrın 20-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyun 21:00-da başlayacaq.(Futbol11.az)